İsrail portalı: Azərbaycan tolerantlıq vahəsidir

  16 Sentyabr 2021    Oxunub :318
      İsrail portalı:    Azərbaycan tolerantlıq vahəsidir
İsrailin https://www.makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir.

Reyçel Avraham Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladıb. O, bu yaxınlarda Azərbaycana səfəri zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün hər cür şərait yaradıldığının şahidi olduğunu vurğulayıb. O yazıb: “…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki, ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.

Azvision.az

Teqlər: İsrail  







Xəbər lenti