"The Sun": "Rusiya Litva və Polşaya hücuma hazırlaşır"

      "The Sun":    "Rusiya Litva və Polşaya hücuma hazırlaşır"
  16 Sentyabr 2021    Oxunub:1026
Rusiya Belarusla birgə keçirdiyi "Zapad-2021" hərbi təlimlərinin müdafiə xarakterli olduğunu bəyan etməsinə baxmayaraq, Qərbdə fərqli düşünürlər.
Azvision.az xəbər verir ki, bir sıra Qərb mətbuatı Moskvanın yeni müharibələrə hazırlaşması ilə bağlı ritorik yazılar dərc edir. Məsələn, İngiltərənin dünyaca məşhur "The Sun" qəzeti Rusiyanın hərbi təcavüzə hazırlaşdığını yazıb.

Nəşr iddia edib ki, ruslar Polşa və Litvaya hərbi güc tətbiq edəcəklər. "Barıt qoxusu və dəmir səsi. Şərq sərhədimizdən Rusiya və Belarusdan gələn müharibə gurultusu eşidilir. "Zapad 2021" təlimlərində minlərlə əsgər, yüzlərlə təyyarə, helikopter, raket qurğusu və tank iştirak edir. Təlimlərin açıqlanan planları Polşa və Litva ilə müharibəyə hazırlıqlar keçirildiyini göstərir"-, "The Sun" oxuculara Polşanın "Fakt" qəzetindəki məqalədən sitat gətirib.

Polşada isə bu təlimlərin keçirilməsini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Təlim   Polşa   Hücum  





Xəbər lenti