Dövlət Departamenti üçün 36,4 milyonluq zirehli avtomobillər hazırlanır
Eyni zamanda, 2023 -cü ildən "GM"-nin törəmə şirkəti Dövlət Departamentinin təhlükəsizlik xidməti üçün doqquz il ərzində 200 ağır tipli "Suburban"- yolsuzluq avtomobilinin istehsalını nəzərdə tutan başqa bir müqavilə imzalamağı planlaşdırır. Şirkət nümayəndələri istehsal müqaviləsinin maliyyələşdirilmə məbləğini açıqlamayıblar. Həddindən artıq güclü nəqliyyat vasitəsi olan bu "Suburban"lar unikal bir müdafiə missiyasını yerinə yetirmək üçün hazırlanır. İlk 10 yolsuzluq avtomobili və iki sınaq nəqliyyat vasitəsi Miçiqan ştatının Milford şəhərindəki "GM Proving Grounds"da hazırlanaraq sınaqdan keçiriləcək.
Tural Tağıyev
Azvision.az
Teqlər: Avtomobil Dövlət-Departamenti