Argentinada beş nazir birdən istefa verib

Argentinada beş nazir birdən istefa verib
  16 Sentyabr 2021    Oxunub:974
Argentinanın daxili işlər naziri Vado de Pedro, onun ardınca Ədliyyə Nazirliyinin rəhbəri Martin Soria, elm naziri Roberto Salvarettsa, ətraf mühit naziri Xuan Kabandi və mədəniyyət naziri Tristan Bauer istefa barədə ərizələrini Prezident Alberto Fernandesə təqdim ediblər.
Azvision.az xəbər verir ki, nazirlərin istefa məsələsi qanunvericilik orqanlarına ilkin seçkilərdə hakim “Ümumi cəbhə” koalisiyası ciddi məğlubiyyətə uğrayandan sonra yaranıb. Alberto Fernandes dövlət başçısı vəzifəsində olduğu dövrdə COVID-19 pandemiyası və get-gedə dərinləşməkdə olan iqtisadi böhranla üzləşib. Nəticədə əhalinin yarısının həyat səviyyəsi yoxsulluq həddinə düşüb.

Argentina hökuməti 2018-ci ildə ovaxtkı Prezident Maurisio Makrinin hökuməti tərəfindən Beynəlxalq Valyuta Fondu ilə imzalanmış və Argentinanın 44 milyard dollar borca düşməsi ilə nəticələnmiş “Stand-By” sazişinin əvəzinə əlavə maliyyə ayrılması barədə danışıqlar aparmalıdır.

Azvision.az


Teqlər: Argentina  





Xəbər lenti