Polşa və Pakistanda quş qripi yayılıb

Polşa və Pakistanda quş qripi yayılıb
  16 Sentyabr 2021    Oxunub:695
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşanın Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş vermiş yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqları mövcuddur, həmçinin Pakistan İslam Respublikasının Pəncab regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, həmin ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa və Pakistandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Azvision.az



Teqlər: Polşa   Pakistan  





Xəbər lenti