Türkiyədə koronavirusdan daha 262 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 262 nəfər ölüb
  16 Sentyabr 2021    Oxunub:568
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 262 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Gündəlik statistikaya əsasən, ölkədə COVID-19 infeksiyası ilə əlaqədar 342 142 nəfər test edilib, onların 28 118-nin koronavirus testi pozitiv nəticə verib, 32 249 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 104 020 938 peyvənd tətbiq edilib ki, bunun da 84,28 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti