“Konstitusiyaya mütləq dəyişiklik olunmalıdır”

“Konstitusiyaya mütləq dəyişiklik olunmalıdır”
  01 Aprel 2013    Oxunub:1332
“Mən prinsip olaraq "dövlət dini" termininin işlədilməsinin əleyhinəyəm”
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Hacı İlqar İbrahimoğlunun İslamın dövlət dini kimi tanınmasına yönəlik açıqlamasına qarşı yaranan aqressiv reaksiyalara münasibət bildirib. AzVision.az-ın məlumatına görə, deputat bu barədə Facebook sosial şəbəkəsində yazıb.

“Tanınmış ictimai xadim İlqar İbrahimoğlunun İslamın dövlət dini kimi tanınmasına yönəlik açıqlamasına qarşı aqressiv reaksiyaları anlamaq olmur. Mən prinsip olaraq "dövlət dini" termininin işlədilməsinin əleyhinəyəm, çünki dinin hansısa dövlətə mənsubluğunun açılışını vermək xeyli mürəkkəb sualları doğura bilər. Necə ki, İslam dövləti adını Yaxın Şərqdə xüsusi despotik rejimlərə calaq edəndə nə qədər mənasız görüntü ortaya çıxır. Ancaq fikrimcə Konstitusiyamızın 18 və 48-ci maddələrində ölkəmizin vətəndaşlarının əksəriyyətinin İslam dininə etiqad etməsi faktı mütləq qeyd olunmalıdır. Çünki dövlət bayrağımızı şəkilləndirən prinsiplərə Konstitusiyada mütləq xatırlatma olmalıydı. Əvvəllər də qeyd etdiyim bir cəhəti yada salmaq istərdim: Bizdə insanların çoxu milli bayrağımızı üç rəngi ilə bütöv halda həzm edə bilmirlər. Ya bir, ya da iki rənginin mahiyyətini qəbul edirlər. Halbuki, hər üç rəngin mahiyyətinə bütöv olaraq sayğı duymaq, əsl Azərbaycançılıq sayıla bilir”-deyə, Fazil Mustafa əlavə edib.

Sevinc


Teqlər:  





Xəbər lenti