Ermənistanda virusdan ölənlərin sayı 5101 nəfərə yüksəlib

Ermənistanda virusdan ölənlərin sayı 5101 nəfərə yüksəlib
  17 Sentyabr 2021    Oxunub:1269
Ermənistanda son sutka ərzində daha 759 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 252 082 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5101-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1185 nəfərdir.

Aktiv xəstələrin sayı 10 766 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti