Çin lideri Əfqanıstana dəstək verməyə çağırıb

Çin lideri Əfqanıstana dəstək verməyə çağırıb
  17 Sentyabr 2021    Oxunub:833
"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr Əfqanıstanın dinc quruculuğuna dəstək verməli və terrorun istənilən təzahürü ilə qətiyyətlə mübarizə aparmalıdır".
Azvision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Düşənbədə keçirilən ŞƏT-in sammitində deyib.

"Əfqanıstanda böyük dəyişikliklər baş verir. Beynəlxalq birlik bu ölkəyə dəstək verməlidir. Biz, terrorun istənilən təzahürü ilə qətiyyətlə mübarizə aparmalıyıq", - Çin lideri əlavə edib.

Onun sözlərinə görə, Əfqanıstan üzrə əməkdaşlığın başlıca vəzifəsi orada sülh və sabitliyə nail olmaq, həmçinin davamlı inkişaf prosesinə başlamaqdır: “Bu ölkədə tolerant, hərtərəfli siyasi mexanizmin formalaşmasını stimullaşdırmalıyıq. İndiki vəziyyətdə ŞƏT ölkələri Əfqanıstan problemi ilə bağlı mövqeləri əlaqələndirərkən hərəkətlərin dəqiq koordinasiyasına çalışmalıdır".

Çin lideri deyib ki, ŞƏT-ə üzv olan ölkələr öz siyasi xəttinə sadiq qalmalı, xaricdən müdaxiləyə yol verməməlidirlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Əfqanıstan  





Xəbər lenti