Narkotik satan şəxslər ələ keçdi

Narkotik satan şəxslər ələ keçdi
  17 Sentyabr 2021    Oxunub:1214
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Onların satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etdiyi müəyyənləşdirilib. Qeyd edilən faktlarla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti