Rusiyada "AstraZeneca" peyvəndinin istehsalına başlanılıb

  17 Sentyabr 2021    Oxunub :376
Rusiyada "AstraZeneca" peyvəndinin istehsalına başlanılıb
Rusiyanın “R-Pharm” əczaçılıq şirkəti Oxford Universitetinin və “AstraZeneca”nın lisenziyası əsasında ixracat məqsədi ilə koronavirusa qarşı vaksin istehsalına başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov bildirib.

Onun sözlərinə görə, daxili bazar Rusiya məhsulları ilə tam təmin edilib: "Artıq Rusiyada xarici peyvəndlər istehsal olunur. “AstraZeneca”nın ixrac müqavilələri əsasında istehsalına başlanılıb. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Gələcəkdə hər şey mümkündür, hazırda isə öz dərmanımızı dəstəkləyirik", o deyib.

Xatırladaq ki, “R-Pharm”ın baş direktoru Vasili İqnatiyev may ayında bildirmişdir ki, şirkət Oxford Universiteti və “AstraZeneca”nın lisenziyası əsasında koronavirus peyvəndinin ilk partiyasını iyun ayında buraxmağı planlaşdırır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AstraZeneca   Rusiya  







Xəbər lenti