ŞƏT ölkələri liderləri birgə bəyannamə qəbul etdilər

ŞƏT ölkələri liderləri birgə bəyannamə qəbul etdilər
  17 Sentyabr 2021    Oxunub:1194
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr bütün ictimai və siyasi qrupların nümayəndələrindən ibarət yeni Əfqanıstan hökumətinin qurulmasının tərəfdarıdır.
Azvision.az xəbər verir ki, bu barədə ŞƏT-in Düşənbədə keçirilən sammitində qəbul edilən bəyannamədə deyilir.

"Üzv ölkələr hesab edirlər ki, ŞƏT məkanında təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində ən vacib amillərdən biri Əfqanıstandakı vəziyyətin tezliklə həll edilməsidir. Biz Əfqanıstanın müstəqil, neytral, vahid, demokratik, terrordan, müharibədən və narkotikdən azad dinc bir dövlətə çevrilməsinin tərəfdarıyıq”, - sənəddə vurğulanıb.

Toplantı iştirakçıları dünyanın müxtəlif bölgələrində münaqişə vəziyyətlərinin beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməklə siyasi və diplomatik yolla həllinin alternativi olmadığını söyləyiblər.

"Üzv dövlətlər Əfqanıstanda bütün etnik, dini və siyasi qrupların nümayəndələrinin iştirakı ilə əhatəli hökumət qurmağı son dərəcə vacib hesab edirlər", - bəyannamədə deyilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ŞƏT  





Xəbər lenti