Makronu Hitler kimi təsvir edən şəxs barədə məhkəmə qərarı

Makronu Hitler kimi təsvir edən şəxs barədə məhkəmə qərarı
  17 Sentyabr 2021    Oxunub:1373
Fransa məhkəməsi prezident Emmanuel Makronun Adolf Hitler və marşal Filipp Peten şəklində təsvir edən plakatların müəllifini 10 min avro cərimələyib.
Azvision.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Reklam firmasının sahib olmuş 62 yaşlı Mişel-Anja Florinin hərəkətləri Fransa prezidentinə qarşı "ictimai təhqir" kimi qiymətləndirilib. Məhkəmə iddiasını Makron özü qaldırıb.

Əvvəllər Fransa qanununda respublika prezidentini təhqir edən şəxslərin cəzalandırılmasını nəzərdə tutan ayrı bir maddə var idi. 2013-cü ildə həmin maddə ləğv edildi. İndi ölkə liderini təhqir etmək hallarına bütün vətəndaşlar üçün ümumi olan maddə və prosedura uyğun olaraq baxılır.

Ölkədə böyük rezonansa səbəb olan iki plakatdan birincisi bu il iyulun 19-da Fransa hökumətinin yaxın gələcəkdə sanitar keçidlər tətbiq olunacağını elan etməsindən bir neçə gün sonra ölkənin cənubundakı yollardan birində yerləşdirilib. Makron nasist geyimində Hitlerin bığları ilə təsvir edilmişdi. Plakatda həmçinin "İtaət et və peyvəndlən" yazılıb.

İkinci plakat bir ay sonra ortaya çıxdı, onun üzərində Makron alman işğalçılarla əməkdaşlıq edən Fransa marşalı Petenin yanında dayanıb və onun kimi köhnə üslublu marşal formasında təsvir edilmişdi. Arxa planda İkinci Dünya Müharibəsi zamanı işğalçı qüvvələr tərəfindən verilən və "pass" adlandırılan QR kodu vardı.

Pərvanə Sultanova
Azvision.az


Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti