Bayden BMT-nin koronavirusa dair virtual sammitini təşkil edir

  18 Sentyabr 2021    Oxunub :411
Bayden BMT-nin koronavirusa dair virtual sammitini təşkil edir
ABŞ prezidenti Co Bayden 22 sentyabrda BMT Baş Assambleyası çərçivəsində koronavirusla mübarizə mövzusunda virtual sammit təşkil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bu görüş "COVID-19"la mübarizədə ümumi səylərimizi genişləndirməyə və gücləndirməyə həsr olunur", - Psaki deyib.

O, ABŞ-ın sammit iştirakçılarından bir çox sahələrdə daha iddialı hədəflərə sadiq olduqlarını bəyan etmələrini istəmək niyyətində olduğunu açıqlayıb.

Daha əvvəl ABŞ-ın hər beş yüzüncü sakininin koronavirusdan öldüyü bildirilib. Müvafiq məlumatlar Hopkins Universiteti tərəfindən açıqlanıb. Universitetin məlumatına əsasən, 332 milyon sakin yaşayan ştatlarda koronavirusdan 666 424 ölüm halı qeydə alınıb.

Azvision.az

Teqlər: ABŞ   Sammit  







Xəbər lenti