Buz altında 3 ay çalışa bilən pilotsuz aparat yaradılıb

Buz altında 3 ay çalışa bilən pilotsuz aparat yaradılıb
  18 Sentyabr 2021    Oxunub:1918
Rusiyada üç aya qədər buzlaqların altında üzə bilən aparat yaradılıb. "Sarma" adlı bu sualtı aparat uzun müddət avtonom şəkildə işləyə biləcək, əldə etdiyi məlumatları ötürərək, yeni tapşırıqları da qəbul edəcək.
Azvision.az xəbər verir ki, mütəxəssis Viktor Litvinenko yerli mediaya verdiyi açıqlamada indiyə qədər heç bir ölkədə belə sistemin tətbiq olunmadığını deyib.

"Sarma" buz altında uzunmüddətli əməliyyatlar üçün yaradılıb. Bu günə qədər, təxminən üç ay buzun üzərinə çıxmadan işləmə qabiliyyətinə malik olan heç bir cihaz olmayıb", - Litvinenko deyib.

"Lazurit" tərəfindən hazırlanan bu pilotsuz sualtı aparat, təxminən 1 km dərinliyə enə və 3 ay ərzində 8 min kim-dən çox məsafəni qət edə bilir.

"Sarma" modul tipli bir aparat olacaq. Buna görə də onun həll etdiyi ilkin tapşırıqlar sonradan genişləndirilə bilər. O, su dibinin topoqrafiyasının hazırlanması, cisimlərin, uzun obyektlərin-qaz boru kəmərlərinin monitorinqi, kartoqrafiya, geoloji kəşfiyyat, sualtı təmir və neft və qaz sektorunda rabitə kimi məsələlərlə məşğul olacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti