İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

  18 Sentyabr 2021    Oxunub :338
   İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq
"Şuşaya daxil olanda dağıdılmış dini, mədəni abidələri gördük. Bu, dəhşətlidir, bu qədər tarixi mədəni abidələrin dağıdılmasını görmək. Çox pis vəziyyətə salınmış muzeyləri, məscidləri gördük, dağıdılmasının şahidi olduq".
Azvision.az -ın məlumatına görə, bunu mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş katibinin müşaviri Muhammed Caved Qane bildirib. Onun sözlərinə görə, Ağdamda mövcdu olan məqbərələr tamamilə dağıdılıb:

"Şəhərə girəndə artıq başa düşülür ki, bura yaşayış üçün əlverişli deyil, tamamilə dağıdılıb. Tərtərdə isə müharibə zamanı sivil obyektlərə olan hücum nəticəsində binaların dağıdılmasının, qadağan olunmuş silahlardan istifadə olunmasını və həmin raketi orada gördük. Raket hücumları nəticəsində dağıdılan evlərə baş çəkdik. Əsas çətinliklərdən biri minalardır. Biz topladığımız faktları hazırlayacağımız hesabatda qeyd edəcəyik".

Aytən Zəhra
Azvision.az

Teqlər: İƏT   Qarabağ  







Xəbər lenti