"Bu gün Üzeyir bəyin ruhu şaddır" - Mədəniyyət naziri

"Bu gün Üzeyir bəyin ruhu şaddır" -    Mədəniyyət naziri
  18 Sentyabr 2021    Oxunub:1816
Çox sevinirik ki, artıq bu gün musiqi gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız əlimizdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bu sevinci bizə yaşadıb. Biz Qarabağa, Şuşaya qovuşmuşuq və buraya ruhumuzu, mədəniyyətimizi qaytarmalıyıq. Bu gün bu festivalı qalib əhval-ruhiyyədə Şuşada da qeyd edirik.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu gün Üzeyir bəyin və digər Şuşadan olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin də ruhları şaddır:

“Azərbaycan xalqı buna sevinir, Üzeyir Hacıbəylinin ruhu şaddır. Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik. Beləliklə də Şuşaya onun ruhunu, mədəniyyətini qaytaracağıq. Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə buranın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını bir daha dünyaya nümayiş etdirəcəyik”, - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Şuşa   Mədəniyyət  





Xəbər lenti