Taliban özbək dilinin rəsmi statusunu ləğv edib

Taliban özbək dilinin rəsmi statusunu ləğv edib
  18 Sentyabr 2021    Oxunub:1078
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin əvvəlki qanunda təsbit edilmiş üç rəsmi dilindən birini ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın Əfqanıstanda yeni hökumət sisteminin qurulması üçün qəbul etdiyi müvəqqəti qanunda deyiıir.

"Əsaslar" adlanan qanuna görə Əfqanıstanın rəsmi dini - hənəfi məzhəbinin sünni İslam dini, rəsmi dilləri - puştu və dari göstərilir. Əfqanıstanda əvvəllər şimal əyalətlərinin bir çox sakinləri tərəfindən danışılan özbək dili rəsmi statusa malik olub. Bundan əlavə, ölkədə əsasən xəzərlərdən ibarət böyük bir şiə cəmiyyəti var.

Sənədə görə, Əfqanıstanda hər bir əyalətdən siyasətçilər, elm adamları və ruhanilərdən ibarət İslam hüquqşünasları şurası və Ali şura yaradılacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Özbək-dili  





Xəbər lenti