Pakistandan Kabilə təyyarə reysi həyata keçirilib

  18 Sentyabr 2021    Oxunub :349
Pakistandan Kabilə təyyarə reysi həyata keçirilib
Pakistan Hava Yollarına məxsus təyyarə İslamabaddan Kabilə uçub, geri qayıdarkən isə arzu edənləri ölkədən çıxarıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə ilə bilet pulunu ödəyənlər uça bilib.

Məlumata görə, təyyarə Pakistandan Əfqanıstana yeddi xarici jurnalisti gətirib. Aviaşirkətdən bildirilib ki, Pakistandan Kabilə müntəzəm uçuşları bərpa etmək qərarı hələ verilməyib.

İranın "Mahan" aviaşirkətinə məxsus təyyarənin də şənbə günü Tehrandan Əfqanıstanın paytaxtına gəldiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Pakistan  







Xəbər lenti