"Paşinyan mənimlə görüşmək istəyirsə..." - Ərdoğan şərtləri açıqladı

   "Paşinyan mənimlə görüşmək istəyirsə..." -    Ərdoğan şərtləri açıqladı
  19 Sentyabr 2021    Oxunub:1610
“Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”.


Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bildirib.
Ərdoğanın sözlərinə görə, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır.

“Biz görüşlərə qapalı deyilik. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması şərtdir.
Görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrərə başlayar”. Türkiyə lideri Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin Zəngəzur koridorunun açılması ilə aşılacağına ümid etdiyini dilə gətirib.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti