"BMT Qarabağ məsələsinin həllində istəksizlik göstərdi" - Koffi

   "BMT Qarabağ məsələsinin həllində istəksizlik göstərdi" -    Koffi
  19 Sentyabr 2021    Oxunub:995
“Son beş-altı ildir Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda təsiri yüksəlib”.
Azvision.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Vaşinqtonun “Heritage Foundation” araşdırma institutunun hərbi eksperti, Duqlas və Sara Allison Siyasi Mərkəzinin direktoru Lyuk Koffi deyib.

O bildirib ki, münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, Türkiyənin müttəfiqliyi və NATO-dakı yeri ABŞ-a böyük fayda verir.

L.Koffi qeyd edib ki, BMT-nin beynəlxalq siyasətdəki rolu və qurumun islahatlara ehtiyacı var:

“BMT-nin bugünkü əhəmiyyətli beynəlxalq məsələlər qarşısında öhdəsinə götürdüyü rolla bağlı nikbin deyiləm. Bunun əsas səbəbi dövlətlərin milli maraqlarını əsas götürməsi və dünyadakı bir çox vacib, mübahisəli məsələ barədə həmfikir olmamasıdır.

Təkcə bir il əvvəlki Qarabağ Müharibəsinə baxa bilərik. Bu müharibədə Azərbaycan, demək olar ki, 30 illik uğursuz BMT prosesi və uğursuz ATƏT prosesindən sonra 90-cı illərdə qəbul edilən dörd BMT qətnaməsini özü həyata keçirməyə məcbur oldu.

BMT bu məsələni həll etmək məsələsində istəksizlik və ya könülsüzlük sərgilədi”.

Azvision.az


Teqlər:





Xəbər lenti