Gəncə Yaşayış Kompleksi tezliklə vətəndaşlara təklif ediləcək

  20 Sentyabr 2021    Oxunub :441
Gəncə Yaşayış Kompleksi tezliklə vətəndaşlara təklif ediləcək
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək.
Bu barədə “ Azvision.az -a MİDA-dan məlumat verilib.

Bu, Agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksdir. Gəncənin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasında ümumilikdə 986 mənzil var. Bunun 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli (qaz plitəsi və aspirator daxil olmaqla), kombi isitmə sistemi (kombi avadanlığı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcək.

Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilib. Ötən tədris ilində tam orta məktəb binası istifadəyə verilib.

Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunan Kompleksin ərazisində də yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, sakinlər üçün istirahət guşələri yaradılmış, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilib.

Gəncə Yaşayış Kompleksi haqqında hazırlanmış video çarxı diqqətinizə təqdim edirik.

Azvision.az

Teqlər: MİDA  







Xəbər lenti