"Gorus-Qafan yolunun alternativi problemi həll etməyəcək"- Abramyan

   "Gorus-Qafan yolunun alternativi problemi həll etməyəcək"-   Abramyan
  20 Sentyabr 2021    Oxunub:1303
Qarabağ separatçıları liderinin keçmiş müşaviri, təhlükəsizlik üzrə ekspert Tiqran Abramyan son günlər Gorus-Qafan yolunda yaranan problemlərdən gileylənib.
Azvision.az xəbər verir ki, o, mediaya verdiyi açıqlamada Ermənistan hökumətinin alternativ yol layihəsinin uğurlu olmayacağını bildirib.

"Gorus-Qafan dövlətlərarası avtomobil yolunun müxtəlif hissələrində baş verən son hadisələr göstərir ki, sərhədin bu bölümündəki müvafiq təhlükəsizlik sistemləri ya işləmir, ya da ciddi nasazlıqlarla işləyir.
Alternativ yolların qurulması problemi həll etməyəcək".

Qeyd edək ki, son günlər Azərbaycan Gorus-Qafan yolunda qurulmuş postda İrandan gələn yük maşınları qanunu pozduğu üçün saxlamışdı. Bunun ardınca həmin yolda Ermənistana məxsus avtobusda da qanuna zidd əməllərin qarşısı alınıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti