Perm Universitetində terror törədən şəxsin etirafları

Perm Universitetində terror törədən şəxsin etirafları
  20 Sentyabr 2021    Oxunub:1195
Bu gün Rusiyanın Perm Dövlət Universitetində atəş açaraq insanları qətlə yetirən Timur Bekmansurov sosial şəbəkələrdə açıqlama yayıb.
Azvision.az xəbər verir ki, Vkontakte-də yerləşdirilən postda Bekmansurov universitetə hücuma necə hazırlaşdığını ətraflı izah edib.

O bildirib ki, baş verən hüquqi baxımdan terror aktı deyil: "Mən ekstremist təşkilatların sırasında dayanmıram, dindar deyiləm, siyasətlə maraqlanmıram. Yəqin ki, bunu İstintaq Komitəsinin və yaxud bütün bu məsələləri araşdıracaq şəxslərin işini asanlaşdırmaq üçün yazıram".

Bekmansurov hücum haqqında uzun müddət düşündüyünü bildirib: "Uzun müddət bu barədə düşündüm, illər keçdi və başa düşdüm ki, arzuladığım şeyi etmək vaxtıdır. 10-cu sinifin ortalarından odlu silah almaq üçün pul yığmağa başladım, silahı əldə etmədiyim təqdirdə, pul B1 kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün istifadə ediləcəkdi. Bunu necə edəcəyimin, silahla və ya avtomobildən istifadə, bəlkə də bıçaqla, yaxud bomba ilə törədəcəyimin əhəmiyyəti yox idi. Silahlı bir planla başlamağa qərar verdim, çünki bütün həyatım boyu atıcılıqla məşğul oldum, xüsusən də təxminən iki il əvvəl sinif yoldaşlarımın atıcılığının nəticələrini gördükdən sonra, acınacaqlı bir mənzərə idi".

Atəş açan şəxsin dediyinə görə, 2021-ci ilin martında silah almaq üçün kifayət qədər pul yığıb və 18 yaşı olanda lisenziya almaq prosedurlarına başlayıb.

Onun sözlərinə görə, may ayının sonunda özünü idarə etmək çətinləşib və bu səbəbdən demək olar ki, bütün insanlarla əlaqəni kəsib. Perm Universitetini isə özünün tarixində ən ciddi səhvə yol verən universitet adlandırıb.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Perm   Atışma  





Xəbər lenti