Xalq artisti oğlunun şəhid olduğu yerdə: "Salam, oğlum!" - Video

Azvision.az xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib:
Salam, oğlum,
Salam, oğlum!
Vətənə arxa duran qəhrəman,
Daşaltıda düşmənə qan udduran Qəhrəman!
Sən bu xalqın əbədi xatirində qalmısan,
Şuşanın göylərindən cənnətə yol salmısan,
Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!
Bu yalançı dünyada mütləq həqiqət şəhid.
Elə bil ki, Babəksən yağı döyüşlərində,
Qarabağ savaşında, Şuşa döyüşlərində.
Canla zarafat olmaz, cəsarətin bəllidir
Yadigar balaların anana təsəllidir.
Təsəllidir atana təbəssümlü şəkillər,
Səni xatırlayacaq gələcəkdə nəsillər.
Sən şəhidsən, şəhidlik əbədilik deməkdir
Vətənə sarılmaq da bir məhəbbət deməkdir,
Mən də şəhid olardım, o məndən başlasaydı.
Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı.
Sağ ol oğlum, salamat qal,
Salam deyərsən şəhid qəhrəmanlara
Qayalara dırmanıb Şuşanı alanlara...
Şeiri deyəndən sonra Əli Nur göz yaşlarını saxlaya bilməyib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: