"Rusiyanın köməyini yüksək qiymətləndiririk" - Paşinyan
"9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq regional kommunikasiyaların açılmasını çox vacib hesab edirəm. Strateji müttəfiqimiz olan Rusiyadan bu gündəliyin irəli sürülməsi, sərhədlərin delimitasiyası və demarkasiyası və sülh prosesinin bərpası sahəsində aldığımız dəstəyi yüksək qiymətləndiririk. Biz başa düşürük və bəyan edirik ki, bu problemlərin həlli üçün Rusiyanın konstruktiv yanaşması çox vacibdir ”, - deyə o bildirib.
Pərvanə Sultanova
Azvision.az