Gələn ay 34 dövlət əmlakı hərraca çıxarılacaq

Gələn ay 34 dövlət əmlakı hərraca çıxarılacaq
  21 Sentyabr 2021    Oxunub:595
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) oktyabrın 12-də və 19-da özəlləşdirmə hərracları təşkil edəcək.
Azvision.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, oktyabrın 19-da təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq. Ümumilikdə Gələn ay 34 dövlət əmlakı hərraca çıxarılacaq

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3c5wjt7)

Hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də ƏMDX-nın Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti