Rusiyada virusdan daha 812 nəfər öldü

Rusiyada virusdan daha 812 nəfər öldü
  21 Sentyabr 2021    Oxunub:588
Rusiyada son sutka ərzində daha 19 179 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 313 851 nəfərə çatıb.

Ötən gün Rusiyada 812 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 199 808 nəfərə çatıb. İndiyədək 6 526 111 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti