DOST-un səlahiyyəti azaldılıb

   DOST-un səlahiyyəti azaldılıb
  21 Sentyabr 2021    Oxunub:715
Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.
Azvision.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

Azvision.az


Teqlər: DOST  





Xəbər lenti