İranın XİN rəhbərinin müavini Azərbaycana gəlir

  21 Sentyabr 2021    Oxunub :356
   İranın XİN rəhbərinin müavini Azərbaycana gəlir
İran İslam Respublikasının xarici işlər nazirinin müavini, nazirliyin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Azərbaycana səfərə gəlir.
Bu barədə Azvision.az - a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, İran, Azərbaycan və Türkiyənin araşdırma mərkəzləri arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək. Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycanın bəzi rəsmiləri ilə də görüşəcək.

Səfər üç gün davam edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   İran  







Xəbər lenti