Türkmənistan prezidenti komaya düşüb? - Açıqlama

Türkmənistan prezidenti komaya düşüb? -    Açıqlama
  21 Sentyabr 2021    Oxunub:810
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun komaya düşməsi ilə bağlı yayılan məlumatlar doğru deyil.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfirliyindən bildirilib.

Bundan əvvəl bəzi nəşrlər Türkmənistan liderinin səhhətinin kəskin pisləşdiyini yazıb.

"Kütləvi informasiya vasitələrində Türkmənistan prezidentinin sağlamlıq vəziyyətinin pisləşdiyi ilə bağlı məlumatlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil", - diplomatik nümayəndəlikdən bildirilib.

Əlavə olunub ki, Berdiməhəmmədov bu günlərdə Nazirlər Kabinetinin geniş tərkibdə iclasını keçirib. İclas iştirakçıları hökumətin aktual məsələlərini müzakirə edib, bir sıra sənəd layihələrini nəzərdən keçiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkmənistan  





Xəbər lenti