Azərbaycanda daha 1594 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü

  21 Sentyabr 2021    Oxunub :213
Azərbaycanda daha 1594 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.

Azvision.az



Teqlər: Korona  







Xəbər lenti