REAL TV-nin ENEX-də "Dəmir yumruq" təqdimatı olacaq - VİDEO

 REAL TV-nin ENEX-də "Dəmir yumruq" təqdimatı olacaq -  VİDEO
  21 Sentyabr 2021    Oxunub:1927
Dünyanın nüfuzlu European News Exhange, yəni informasiya mübadiləsi təşkilatının təşkil etdiyi tədbirdə REAL TV də iştirak edəcək. Kanalın tədbirdəki təqdiumatı "Dəmir Yumruq" əməliyyatına həsr olunacaq.
Azvision.az xəbər verir ki, hazırda tədbirlə bağlı hazırlıq işləri gedir. Ötən il pandemiya səbəbindən on-line baş tutan tədbir bu il Mərkəzi Amerikada yerləşən və Niderland Krallığının yuridiksiyasında olan Kurasava adasında keçiriləcək.



Qeyd edək ki, REAL TV bu il iyul ayının 1-dən dünyanın nüfuzlu Europiean News Exhange, yəni Avropa İnformasiya Mübadiləsi birliyinin tam hüquqlu üzvü seçilib. 1993-cü ildə Avropanın bir çox nüfuzlu tele-yayımçılarının yaratdığı ENEX-in hazırda 60-dan çox üzvü var. Azərbaycanı təmsil edən REAL TV cənubi Qafqazda bu təşkilata üzv olan yeganə televiziya kanalıdır.

Azvision.az






Teqlər: REAL-TV   ENEX  





Xəbər lenti