"Paşinyan müxalifətin "dinlənilməsi" üçün 7 milyon xərcləyib"- Erməni mediası

   "Paşinyan müxalifətin "dinlənilməsi" üçün 7 milyon xərcləyib"-   Erməni mediası
  22 Sentyabr 2021    Oxunub:2040
Ermənistanda siyasi qüvvələrin telefonlarının dinlənməsi ilə bağlı faktlar aşkarlanıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər uzağa gedib ki, artıq 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemini alıb. Digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: təyin olunan telefona adi bir reklam- sms linki göndərilir. Telefon sahibi bu linkə keçid edən kimi sistem telefonda quraşdırılır. Yeri gəlmişkən, bir adamın belə formada "tutulması" nın dəyəri 10 min dollardan çoxdur"-,"Hraparak" yazıb.

Sayt iddia edir ki, məlum sistem "Signal", "WhatsApp", "Telegram", "Facebook" şəbəkələrini də əlçatan edir:

"Hökumət yeni sistemi əsasən müxalifət üçün tətbiq edib. Lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. Bizə müstəqil media orqanlarından birinin redaktorunun da bu şəbəkəyə daxil olduğunu söylədilər".

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti