Ermənistanda koronavirusdan ölənlərin sayı 5181 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 5181 nəfərə çatıb
  22 Sentyabr 2021    Oxunub:604
Ermənistanda son sutka ərzində daha 273 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 254 709 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 20 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5181-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1193 nəfərdir.

Aktiv xəstələrin sayı 11 072 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti