Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub

 Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub
  22 Sentyabr 2021    Oxunub:886
Kiyev vilayəti yaxınlığında naməlum şəxslər Ukrayna prezidentinin müşaviri Sergey Şefirin avtomobilinə atəş açıb, sürücü yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Lesnik kəndi yaxınlığında baş verib, avtomobilə təxminən ondan çox atılıb, üçü sürücüyə dəyib, müşavir yaralanmayıb.

"Hazırda sürücü ağır vəziyyətdə reanimasiyadadır", - məlumatda deyilir.

Ölkə parlamentindəki "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri müşavirin təhdid alıb -almadığını bilmədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti