Məsuliyyətli sürücülük və məsuliyyətli istehlak

Məsuliyyətli sürücülük və məsuliyyətli istehlak
  22 Sentyabr 2021    Oxunub:1643
Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq məqsədi ilə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg Azerbaijan Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.

Tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində “ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib. Əməkdaşlıq çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə rəqəmsal mühitdə maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu
fəaliyətləri icra olunacaq. Tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya
Bayramova və Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi iştirak edib.



Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək
deyib: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə
birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.”



Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi isə deyib: “Bildiyiniz kimi Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer Responsibility Day) təşəbbüsündə yaxından iştirak edir. Bu təşəbbüs çərçivəsində “Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük” istiqamətində bir sıra layihələr həyata keçirmişdir. “ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak təbliğatına töhvə vermək arzusundayıq.”



Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına ehtiyac olduğunu qeyd etmişdir.

Azvision.az



Teqlər:





Xəbər lenti