ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib

  23 Sentyabr 2021    Oxunub :388
 ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonun Əfqanıstandan vətəndaşları təxliyə etmək səylərini dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Nuland tvitterdə yazıb.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən şad olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Bayramovla Nuland arasında görüş keçirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Azərbaycan  







Xəbər lenti