“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın adına park və bulaq açıldı - FOTOLAR

  23 Sentyabr 2021    Oxunub :914
  “Canavar” ləqəbli  şəhid polkovnik-leytenantın adına park və bulaq açıldı -  FOTOLAR
Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rəşad Quliyevin xatirəsi əbədiləşdirilib. Azvision.az xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində şəhidin adına bulaq və parkın açılışı olub.
Açılış mərasimində Suraxanı rayonun icra başçısı Əziz Əzizov, Suraxanı rayonu, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin anası Mətanət Quliyeva, bacısı Nərmin Məmmədova, dostları və yaxınları iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər şəhid Rəşad Quliyevin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.



Qeyd edək ki, Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.



Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.II Şəhidlər Xiyabında dəfn olunub. Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qalıb.



Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Cəbrayılın azad olunmasına görə, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.





Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Aytən Zəhra
Foto: Anar Bayramlı

Azvision.az

Qalereya


Teqlər: Rəşad-Quliyev  







Xəbər lenti