"İŞİD"ə qoşulan isveçli qadın həbs edilib

  23 Sentyabr 2021    Oxunub :306
"İŞİD"ə qoşulan isveçli qadın həbs edilib
Stokholm məhkəməsi Suriyada terrorçulara qoşulması və övladlarını silahlı qarşıdurmaya cəlb etmək şübhəsi ilə bir qadının həbsinə qərar verib.
Azvision.az -ın məlumatına görə, bu barədə yerli media yazıb.

"Həbs edilən qadın başqaları ilə əlbir şəkildə 15 yaşından kiçik uşağın döyüşçü olaraq istifadə edilməsinə kömək göstərməkdə şübhəli bilinir", - şəhər prokuroru Reena Devqun bildirib.

Həbs olunanlar cinayətləri 2013-2016-cı illərdə Suriyada törədib. Qadın 2013-cü ildə “İŞİD” terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedib və 2020 -ci ildə yenidən İsveçə qayıdıb. Suriyaya gedərkən özü ilə beş uşağını da götürüb, onların ikisi orada ölüb.

15 yaşına çatmamış uşaqları silahlı qarşıdurmaya cəlb etmək beynəlxalq qanunlara görə hərbi cinayət sayılır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə həyata keçirilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Suriya   İŞİD   İsveç  







Xəbər lenti