"Taliban" Kabilin təhlükəsizliyi üçün xüsusi komissiya yaradıb

"Taliban" Kabilin təhlükəsizliyi üçün xüsusi komissiya yaradıb
  23 Sentyabr 2021    Oxunub:613
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş  "Taliban" hərəkatı Kabilin təhlükəsizliyini təmin etmək üçün xüsusi komissiya yaradıb
Azvision.az xəbər verir ki, bu barədə Bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi məlumat yayıb.

Agentlik radikalların nümayəndəsinə istinadən bildirir ki, paytaxtda təhlükəsizliyi təmin etmək üçün müvəqqəti nazirlər kabinetinin sədr müavini Molla Əbdül Qani Baradarın başçılığı altında xüsusi komissiya yaradılıb. Qeyd edilib ki, komissiya Kabildə təhdidlərin, o cümlədən silahlı basqınların, raket atışlarının və ya ekstremistlərin terror təhlükələrinin qarşısını almaq üçün yaradılıb.

Azvision.az


Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti