Amerikalı məmur Vaşinqtonun siyasətinə qarşı

 Amerikalı məmur Vaşinqtonun siyasətinə qarşı
  24 Sentyabr 2021    Oxunub:1163
Vaşinqtonun Haitidən olan qaçqınlarla bağlı siyasəti ilə razılaşmayan ABŞ-ın bu ölkə üzrə Xüsusi mümayəndəsi Deniel Fut istefa verib. Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, diplomat öz qərarı barədə ABŞ-ın Dövlət katibinə müvafiq məktub ünvanlayıb.
“Mən Haiti üzrə öz postumu tərk edirəm, qərar dərhal qüvvəyə minir. ABŞ-ın minlərlə haitili qaçqını və qeyri-leqal miqrantı deportasiya etmək kimi qeyri-insani və məntiqsiz qərarına şərik ola bilmərəm”,- Deniel Fut yazıb.

Diplomat haitili qaçqınlarla bağlı onun təklif etdiyi tövsiyyələrin nəzərə alınmadığını və rədd olunduğunu bildirib. Deniel Fut ümumiyyətlə Haitiyə münasibətdə ABŞ-ın mövqeyinin kökündən səhv olduğunu vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: ABŞ   miqrant  





Xəbər lenti