Yeni texnologiya hazırlanıb: ABŞ kosmosdan nüvə zərbəsi endirə biləcək

  24 Sentyabr 2021    Oxunub :313
      Yeni texnologiya hazırlanıb:    ABŞ kosmosdan nüvə zərbəsi endirə biləcək
Rusiya mediası ABŞ-ın kosmosdan nüvə hücumu planı hazırlaması barədə məlumat yayıb. "Almaz-Antey" Konserninin baş direktoru Yan Novikov "Krasnaya Zvezda"ya verdiyi müsahibədə deyib ki, ABŞ yeni texnologiya üzərində çalışır.
Azvision.az xəbər verir ki, bu gizli texnologiyaya əsasən kosmosdan zərbələr endirə bilən və təkrar istifadəsi mümkün olan döyüş aparatları hazırlanacaq.

Nəşr Novikovdan sitat gətirək yazıb ki, aerokosmik vasitələrdən danışanda ilk növbədə "X-37" orbital pilotsuz nəqliyyat vasitələrini önə çəkmək lazımdır. O, bu cihazın ilk dəfə 11 il əvvəl kosmosa buraxıldığını və bu günə qədər onlardan bir neçəsinin orbitdə qaldığını söyləyib. Rəsmi olaraq "X-37" tədqiqat məqsədli bir cihaz hesab olunur.

"Ancaq biz anlayırıq ki, onlar nüvə başlığı daşımaq funksiyasını yerinə yetirə bilərlər. ABŞ kosmosda bu cür vasitələrin sayını daha da artırmağı planlaşdırır. Bu ciddi bir təhdiddir"-,"Almaz-Antey"in baş direktoru deyib.

Novikov əminliyini ifadə edib ki, ABŞ indi yeni kosmik zərbə sistemləri yaratmaq texnologiyaları üzərində təcrübə aparmağa davam edir. Bu isə ABŞ -a planetin istənilən hissəsinə kosmosdan dəqiq və sürətli zərbələr endirməyə imkan verəcək.

Tural Tağıyev
Azvision.az

Teqlər: ABŞ   Kosmos   Nüvə  







Xəbər lenti