İstirahət və əyləncə məkanları fəaliyyətə başlayır

   İstirahət və əyləncə məkanları fəaliyyətə başlayır
  24 Sentyabr 2021    Oxunub:1063
Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlar (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) açılır.

Azvision.az


Teqlər: Əyləncə  





Xəbər lenti