ABŞ-da əfqan qaçqınlar amerikalı hərbçiyə hücum ediblər

ABŞ-da əfqan qaçqınlar amerikalı hərbçiyə hücum ediblər
  25 Sentyabr 2021    Oxunub:712
ABŞ əsgəri Nyu-Meksiko ştatında yerləşən hərbi bazada müvəqqəti saxlanılan bir qrup əfqan qaçqının hücumuna məruz qallb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərbi bazanın komandanlığından bildirilib.

“Bir qadın hərbi qulluqçunun sentyabrln 19-da Donya Ana kompleksində əfqanıstanlı kişilər tərəfindən hücuma məruz qaldığını təsdiqləyə bilərik”, - məlumatda qeyd olunub.

Federal Təhqiqat Bürosu insidentin araşdırılması ilə məşğuldur, təfərrüatlar barədə hələlik açıqlama verilməyib. Komandanlıq zərərçəkmişə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: ABŞ   Hərbçi   Hücum  





Xəbər lenti