Kanada ABŞ-ın tələbini rədd etdi: "Huawei" rəsmisi azadlığa buraxılır

  25 Sentyabr 2021    Oxunub :404
      Kanada ABŞ-ın tələbini rədd etdi:   "Huawei" rəsmisi azadlığa buraxılır
Kanada Çin korporasiyası olan "Huawei"in maliyyə direktoru Menq Vançjounun ABŞ -a təhvil verilməsi ilə bağlı tələbi rəsmi şəkildə rədd edib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərar Vankuverdə Britaniya Kolumbiyası Ali Məhkəməsi hakiminin müavini Xizer Holms tərəfindən elan edilib.

"Dinləmələr əsnasında əməkdaşlıq etdiniz və nəzakətli davrandınız. Məhkəmə bunu qiymətləndirir və sizə təşəkkür edir"- Holms Menqə müraciətində deyib.
Kanada Ədliyyə Nazirliyi Menqin ölkə ərazisini tərk etmək hüququna malik olduğunu təsdiqləyib.

Qeyd edək ki, Menq Vançjou 2018 -ci ilin dekabrında Meksikaya gedərkən ABŞ -ın tələbi ilə Vankuver Hava Limanında saxlanılıb. O, ABŞ -da İrana qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinirdi.

Məlum məsələlər cavab olaraq Çin də iki Kanada vətəndaşını saxlayıb və əvvəllər məhkum edilmiş bir kanadalıya kəsilmiş işi 15 il həbsdən edam cəzasına dəyişib. Bundan sonra hər iki ölkə öz vətəndaşlarına qarşı tərəfə səyahət zamanı həbs təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdar etdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Kanada   ABŞ   Məhkəmə  







Xəbər lenti