Rusiya sülhməramlılarının komandanı yenə dəyişdirildi

Rusiya sülhməramlılarının komandanı  yenə dəyişdirildi
  25 Sentyabr 2021    Oxunub:4462
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib. Ermənistanın Müdafiə Nazirliyində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşündə Anaşkin qarşı tərəfə təqdim edilib.

Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, yeni komandan general-leytenant Gennadi Anaşkindir.
Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı olub. Bu yaxınlarda o, missiyasını başa vurub. Bundan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov təyin edilib.
Rusiya Qarabağa yardım göndərib - VİDEO

Anaşkin 1968 -ci ildə Kuybışevdə (indiki Samara) anadan olub, hərbi xidmətini Almaniyada keçib. Ryazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1998-ci ildən 116 -cı desant batalyonunda xidmət edib, rota rəhbəri olub. 1999 -cu ilin dekabrından 2000 -ci ilin avqustuna qədər keçmiş Yuqoslaviyada xidmət edib, Bosniya və Herseqovinada sülhməramlı qüvvələrin tərkibində desant taborunun komandanı olub. Birinci və ikinci çeçen müharibələrində Çeçenistanda ezamiyyətdə olub.
2007 -ci ilin iyun ayından 104 -cü Qvardiya Hava Desant Alayının komandanı olub, 2008 -ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.
Rusiya Prezidentinin 2008-ci il fərmanı ilə Anaşkin, hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi şücaətə və qəhrəmanlığa görə "Qızıl ulduz" medalının təqdim edilməsi ilə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.
2008 -ci ilin sonunda onun komandanlığı altında olan alay Rusiya Hərbi Hava Qüvvələrində ən yaxşı alay olaraq tanınıb. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsinin qvardiyasında komandan müavini olub.
Qarabağda sülhməramlıların keçmiş komandanı general-mayor Kosobokovun isə vəzifəsində yüksələcəyi gözlənilir.


Pərvanə Sultanova
Azvision.az




Teqlər:   Rusiya   Qarabağ   Sülhməramlı  





Xəbər lenti