Bu il Çinin 500 şirkəti 13,9 trilyon dollar qazanıb

  25 Sentyabr 2021    Oxunub :289
Bu il Çinin 500 şirkəti 13,9 trilyon dollar qazanıb
Çin Xalq Respublikası Müəssisələr Konfederasiyası bu il ölkənin ən böyük müəssisələrinin siyahısını açıqlayıb. Azvision.az xəbər verir ki, bu barədə "Xinhua" Xəbər Agentliyi məlumat yayıb.
Siyahıda 500 müəssisə yer alıb. Onların gəlirləri keçən illə müqayisədə 4.43% artaraq 89.83 trilyon yuan (13.9 trilyon dollar-red.) təşkil edib.

Siyahıda ön sırada Çin Dövlət Enerji Korporasiyası(2.667 trilyon yuan-412.94 milyard dollar), Çin Milli Neft Korporasiyası (CNPC) (1.959 trilyon yuanla-303.3 milyard dollar), ardınca isə neft -kimya sənayesi olan nəhəng "Sinopec" (1.957 trilyon yuan- 303,05 milyard dollar) qərarlaşıb.

Çinin 500 ən böyük müəssisəsinin ümumi gəliri 7,75% artaraq 6 trilyon yuanı (928 milyard dollar) keçib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Çin   Gəlir  







Xəbər lenti