"Taliban" Əfqanıstanda 4 nəfəri edam edib

"Taliban" Əfqanıstanda 4 nəfəri  edam edib
  25 Sentyabr 2021    Oxunub:916
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları adam oğurlamaqda günahlandırılan Herat əyalətinin dörd sakinin edam edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi məlumat yayıb.

Yayılmış kadrlarda dörd kişinin böyük bir izdiham qarşısında necə asıldığı görünür. Radikalların nümayəndələri hadisəni hələ şərh etməyiblər.

Bundan əvvəl hərəkatın qurucularından biri Nuruddin Turabi “Associated Press”ə müsahibəsində “Taliban” hərəkatının oğurluğa görə əzaların kəsilmə praktikasından başlayaraq, ictimai edamları bərpa etməyi planlaşdırdığını söyləyib.

1996-2001-ci illərdə Əfqanıstanda “Taliban”ın hakimiyyəti dövründə daşqalaq, qol və ayaq kəsmə, asılaraq edam olunma kimi ictimai cəzalar ölkədə geniş yayılmışdı. Müəyyən cəza növləri ilə bağlı qərarlar radikalların yaratdığı üç şəriət hakimindən ibarət xüsusi tribunallar tərəfindən verilirdi. Qərarlar "Əfqanıstan İslam Əmirliyi" rəhbərliyinin təsdiqindən sonra həyata keçirilirdi.

Radikalların hakimiyyətdən uzaqlaşdırılmasından sonra Əfqanıstanda ictimai cəza növləri ləğv edildi. Bu arada Əfqanıstan İslam Respublikasının Cinayət Məcəlləsinə əsasən qətl, təcavüz və terror fəaliyyətində günahlandırılan cinayətkarlar üçün tətbiq olunan ölüm cəzası (güllələnmə və ya asılma ilə) qüvvədədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti