Parisdə sanitariya keçidlərinə qarşı aksiya başlayıb

   Parisdə sanitariya keçidlərinə qarşı aksiya başlayıb
  25 Sentyabr 2021    Oxunub:1222
Fransanın paytaxtı Parisdə koronavirusla bağlı tətbiq edilən sanitar buraxılış qaydalarının əleyhinə növbəti kütləvi etiraz aksiyası keçirilir.
Azvision.az xarici KİV-lərə istinadən xəbər verir ki nümayiş iştirakçıları paytaxtdakı bir neçə meydana toplaşıblar.

Aksiya demək olar ki, bütün şəhər ərazisini əhatə edir. Nümayiş Monmartredeki Sakre-Ker bazilikası yaxınlığında başa çatmalıdır.

Fransada sanitariya keçidlərindən istifadə təcrübəsini genişləndirmək qərarına qarşı etirazlar üç aydır davam edir. Bu gün ölkədə 180-dən çox nümayişin keçirilməsi planlaşdırılır. Aksiyalarda 80 mindən çox insan iştirak edə bilər.

İki həftə əvvəl - 11 sentyabrda Parisdəki nümayiş iğtişaşlar və polislə toqquşmalarla müşayiət olundu.

Xatırladaq ki, avqustun 9-dan etibarən Fransada kafe, restoran, böyük ticarət mərkəzlərini ziyarət etmək, habelə təyyarə ilə və uzaq məsafəli qatarlarda səyahət etmək üçün sanitar buraxılış qaydaları məcburi olub. Qaydalar COVID-19 əleyhinə tam peyvəndlənməni, mənfi PCR testinin olmasını və ya daha əvvəl yoluxmanı təsdiqləyən sənədi nəzərdə tutur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Etiraz   Aksiya  





Xəbər lenti